Dünya 11:46 22.07.2013

İngiltərədən Suriya müxalifətinə zərbə

Böyük Britaniya Suriya müxalifətinə silah yardımı göstərməyəcək. 

Belə bir bəyanatla bu ölkənin baş naziri Devid Kemeron çıxış edib. Bəşər Əsədin mövqeyinin getdikcə möhkəmləndiyini deyən hökumət başçısı Avropa Birliyinin bu ölkəyə silah embarqosunu aradan qaldırmaq üçün etdiyi cəhdləri dəstəkləməyəcəklərini vurğulayıb. Suriya müxalifəti arasında çoxlu sayda pis adamın olduğunu deyən Devid Kemeron xüsusi qruplar arasında konfliktin olduğunu vurğulayıb.

Bununla belə Böyük Britaniyanın hökumət başçısı Suriya xalqını həqiqətən təmsil edən müxalifətə dəstəyi davam etdirəcəklərini açıqlayıb.

Qaynar.info