İdman 17:34 26.10.2019

Çingiz Hüseynzadə sədr seçildi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

MOK-dan Qaynarinfo-ya verilən məlumata görə, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.

Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.