Nazirlikdə yeni təyinat

Nazirlikdə yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinə rəhbər təyinatı olub.

Qaynarinfo xəbər verir ki, Tural Kərimli İnnovasiyalar Agentliyinin rəhbəri təyin olunub. Bundan öncə T. Kərimli "Yüksək Texnologiyalar Parkın”nın rəhbəri vəzifəsini icra edirdi.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu artıq təsdiq olunub. Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Agentliyin fəaliyyətinin məqsədi, innovasiya potensialından səmərəli istifadə etmək, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.
XƏBƏRLƏR
BLOGLAR