Xəbər lenti

İnsan niyə yaşlanır? - 5 addımda qocalığa meydan oxuyun
Sağlamlıq 22:30 03.09.2025

İnsan niyə yaşlanır? - 5 addımda qocalığa meydan oxuyun

Yaşlanmanın bir xəstəlik olub-olmaması elmi müzakirələrin əsas mövzularından biridir. 

Qaynarinfo-nun məlumatına görə, tibbi genetika üzrə mütəxəssis, professor Gözdə Yeşil Sayın bildirib ki, hüceyrələrin yenilənmə qabiliyyətinin zəifləməsi, DNA zədələrinin toplanması, maddələr mübadiləsinin yavaşlaması və toxumaların elastikliyini itirməsi yaşlanmanın əsas səbəblərindəndir. Lakin bu proses hər kəsdə eyni sürətlə getmir. Genetik faktorlar, həyat tərzi, ətraf mühit və stress yaşlanma gedişinə mühüm təsir göstərir.

Professorun açıqlamasına görə, yaşlanmanın əsas səbəbləri bunlardır:

* DNA zədələri və telomerlərin qısalması – hüceyrələrin yenilənmə qabiliyyətini azaldır, xəstəlik riskini artırır.

* Oksidativ stress – sərbəst radikalların yığılması hüceyrələrə zərər verir və qocalmanı sürətləndirir.

* Xroniki iltihab – yaş artdıqca aşağı səviyyəli iltihab artır və Alzheimer, artrit, diabet kimi xəstəliklərlə əlaqələndirilir.

* Hüceyrə yaşlanması (senesensiya) – müəyyən həddə çatdıqda hüceyrələr bölünməni dayandırır və ətraf toxumalara zərər verən siqnallar yayır.

* Epigenetik dəyişikliklər – genlərin fəaliyyətini tənzimləyən mexanizmlər yaşla dəyişir və hüceyrə funksiyalarını zəiflədir.

Mütəxəssisin fikrincə, tibbin fərdiləşdirilməsi sayəsində yaşlanma prosesini idarə etmək mümkündür. Bunun üçün hər kəsin sağlamlıq planı ayrıca hazırlanmalı və tətbiq olunmalıdır.

Professor Gözdə Yeşil Sayın qocalığa qarşı ümumi olaraq hər kəsin tətbiq edə biləcəyi 5 əsas tövsiyəni də açıqlayıb:

* Qidalanma ilə hüceyrə sağlamlığını qorumaq – tərəvəz, meyvə, tam taxıllar, balıq və antioksidantlarla zəngin qidalar istehlak etmək.

* Mütəmadi idmanla bədən və beyni gücləndirmək – əzələ itkisini və zehni zəifləməni yavaşlatmaq.

* Yuxuya önəm vermək – gündə 7-9 saat yuxu hüceyrə bərpasını gücləndirir və demans riskini azaldır.

* Stressi idarə etmək – meditasiya və sosial əlaqələr xroniki iltihabı azaldır.

* Zehni fəaliyyətləri dəstəkləmək – satranç, tapmaca və yeni bacarıqlar beyin sağlamlığını qoruyur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->