Həkimlər insan mədəsinə dağıdıcı təsir göstərən və sonunda ölümə gətirib çıxara biləcək içkilərin adlarını açıqlayıblar.
Qaynarinfo-nun oxu.az-a istinadən verdiyi xəbərə görə, onların sırasında alkoqol, kofe və energetik içkilər xüsusi yer tutur. Ən təhlükəlisi isə spirtli içkilərdi. Həkimlərin bildirdiyinə görə, onların tərkibində olan toksik elementlər orqanizmi tədricən məhv edir.
Kofe və çay mədə eroziyasına səbəb ola bilər. Çox soyuq və çox isti içkilərdən də qorunmaq məsləhətdir.
Hamilə qadınlara isə ümumiyyətlə çay və kofedən vaz keçmək lazımdır: bu içkilər dölün inkişafına mənfi təsir göstərir.
Şərhlər