Xəbər lenti

İnsanlar cazibə qüvvəsini səhv anlayıb - Alimlərdən mühüm kəşf
Dünya 21:41 23.05.2025

İnsanlar cazibə qüvvəsini səhv anlayıb - Alimlərdən mühüm kəşf

Futurism nəşrinin xəbərinə görə, alimlər cazibə qüvvəsinin iş prinsipinə dair insanlığın bu günə qədərki anlayışını sarsıda biləcək yeni bir nəzəriyyə irəli sürüblər. Yeni təklif olunan nəzəriyyə kvant fizikası ilə ümumi nisbilik nəzəriyyəsi arasında uzun illər davam edən ziddiyyəti aradan qaldırmağa yönəlib.

Qaynarinfo-nun məlumatına görə, alimlər bildirirlər ki, kvant mexanikası və Eynşteynin ümumi nisbilik nəzəriyyəsi kainatı ayrı-ayrılıqda uğurla izah etsə də, bu iki nəzəriyyə riyazi baxımdan bir-biri ilə uyğun gəlmir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün tədqiqatçılar təklif edirlər ki, cazibə qüvvəsi ilə bağlı indiyədək bildiyimiz çox şeyi kənara qoymalıyıq.

Tədqiqatın həmmüəlliflərindən biri olan nəzəri fizik Devid Tonqun fikrincə, kvant sahə nəzəriyyəsi hər nə qədər dəqiq olsa da, o, məkan-zamanın əyilməsi ilə izah olunan klassik cazibə qüvvəsini nəzərə almır. Yeni "birləşmiş cazibə" modeli isə dörd qarşılıqlı əlaqəli komponentin birgə fəaliyyətini əsas götürür və bu, ümumi nisbiliklə kvant mexanikasının uyğunluğunu təmin edir - əlavə ölçülər və ya nəzəri dəstəyə malik olmayan fərziyyələr olmadan.

Tədqiqatın digər müəllifi, fizik Yukka Tulkkinin "Live Sciencea" verdiyi açıqlamaya görə, bu nəzəriyyənin əsas üstünlüyü ondan ibarətdir ki, kvant cazibəsi ilə bağlı bir çox digər yanaşmalardan fərqli olaraq, əlavə ölçülərə ehtiyac qalmır - bu isə hələlik təcrübi sübutlarla təsdiqlənməyib.

Alimlər həmçinin bildirirlər ki, fiziki nəzəriyyələrlə cazibə arasındakı ziddiyyətin uzun tarixi var və bu ziddiyyəti həll etmək üçün bəziləri kainatın sonsuz deyil, kiçik və bölünə bilən "parçacıq bloklarından” ibarət ola biləcəyini düşünür.

Hələlik bu nəzəriyyənin praktik təsdiqi üçün böyük iş görülməlidir. Lakin alimlər hesab edir ki, bu yanaşma fizikanın qarşısında yeni, cəsarətli bir istiqamət açır – kvant mexanikasını cazibə nəzəriyyəsi ilə birləşdirmək üçün uzun illərdir axtarılan cavabın tapılmasına doğru mühüm addım ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->