"Instagram" hesabının bərpa olunmasının yeni üsulu

"Instagram” istifadəçi hesabının bərpa olunmasının yeni üsulu test edib.

Yenicag.az xəbər verir ki, "hack” olunmuş istifdəçi hesabının bərpa olunması üçün sosial şəbəkə istifadəçidən həmin hesabın qeydiyyatı zamanı qeyd olunmuş elektron poçt ünvanını və ya telefon nömrəsini tələb edəcək.

Daha sonra sosial şəbəkə təqdim edilmiş elektron poçt ünvanına və ya telefon nömrəsinə 6 simvollu kod göndərəcək. "Instagram” bu kod vasitəsilə istifadəçi hesabının yad cihazdan bərpasına qadağa qoyacaq. İstifadəçi hesabının bu yeni bərpa üsulu həm də zəmanət verir ki, hətta "hack” olunmuş istifadəçi hesabının adı və ya kontakt məlumatları dəyişdirildikdən sonra da hesabı bərpa etmək mümkün olacaq. Bunun üçün "Instagram” hesab adının müəyyən müddətlik dondurulması sistemini işə salacaq.

İstifadəçi hesabı "hack” olunandan sonra onun adını müəyyən müddət ərzində dəyişmək mümkün olmayacaq.

Qeyd edək ki, "Instagram”da istifadəçi hesabının yeni bərpa üsulunun nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib. Lakin istifadəçi hesabının adının dəyişdirilməsinin bloklanması özəlliyi artıq Android-də və iOS-də aktivdir. Hal hazırda istifadəçi hesabının bərpa olunması üçün "Instagram”ın təhlükəsizlik xidmətinə müraciət etmək lazımdır.

XƏBƏRLƏR
BLOGLAR