Texnologiya 18:48 24.10.2019

"Instagram"da yenilik

"Instagram" sosial şəbəkəsi yeni dəyişikliyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, istifadəçilər izləmədikləri şəxslərin paylaşdığı bütün fotoları görə bilməyəcək. Profildə paylaşılan bütün fotoları görmək üçün hesaba daxil olmaq və həmin istifadəçini izləmək tələb ediləcək. İddialara görə, izlənilməyən hesabın sadəcə bir neçə postu kənar şəxsə görünəcək.

Bildirilir ki, bu qaydanın tətbiqi insanları ünsiyyətə cəlb etmək məqsədi daşıyır.

Gülşən