İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

Sənət yoldaşları xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərova baş çəkiblər.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, xanəndənin ziyarətinə Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov gedib.

Mənsum İbrahimov bildirib ki, hazırda xanəndənin vəziyyəti normaldır: "Xəbəri eşidəndə xaricdə səfərdə idim. Bakıya gələn kimi ilk olaraq, sənət dostlarımla birgə dəyərli xanəndəmizi ziyarətə getdim. Ümumi olaraq vəziyyəti yaxşıdır. Bu yaxınlarda 80 illik yubileyi olacaq. Əminəm ki, inşallah yubileyini sağlam şəkildə birgə qeyd edərik".

Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR