Ekonomiks 15:31 23.08.2013

İnternet portları da daşınacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  mobil nömrələrin daşınması sistemində olduğu kimi, internet provayderlər üzrə "İnternet portlarının daşınması" sistemini də həyata keçirəcək.
Bununla da istifadəçi öz istəyinə uyğun olaraq internet provayderini  seçə biləcək.
Artıq sistemin texniki bazası hazır vəziyyətə gətirilmiş, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
"İnternet portlarının daşınması" sistemi yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.  Bu isə öz növbəsində provayderlər arasında  şəffaf, ədalətli rəqabət mühitini təmin edəcək, eyni zamanda, keyfiyyəti yüksəldəcək.  
Qaynar.info