İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək

İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək

İnternet televiziya texnologiyası olan OTT (Over The Top) xidmətinin beynəlxalq hüquqi tənzimləmə sənədinin hazırlanması üzrə işlərə bu il start veriləcək.

Bu barədə ONA-ya Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional şöbəsinin rəhbəri Kirill Oparin deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yaxın 3 ildə pozitiv dəyişikliklərin olacağı və bu sahənin tənzimlənməsinə dair müvafiq qərarların veriləcəyi gözlənilir.
"Hazırda bu sahə beynəlxalq müstəvidə heç bir qanunvericiliklə tənzimlənmir və bu ilk növbədə operatorları qane etmir. Belə ki, faktiki olaraq "Whatsapp", "Skype" və digər dünya nəhəngləri rabitə kanallarından pulsuz istifadə edərək öz xidmətlərini göstərirlər. Heç kim demir ki, onlar buna görə hər hansı ödəniş aparmalıdırlar. Lakin beynəlxalq müstəvidə ümumi razılaşma əldə olunmalıdır və məsələyə dair müvafiq qanunvericilik qəbul olunmalıdır”, - deyə K. Oparin bildirib.

BTİ-nin rəsmisi onu da qeyd edib ki, qurumun son konfransında OTT texnologiyasına dair qətnamə qəbul olunub. 
"Qətnamədə hər hansı problemlərin həlli göstərilmir, lakin vurğulanır ki, məhz BTİ OTT texnologiyasının tənzimlənməsi ilə məşğul olacaq. Hüquqi tənzimləmə sənədinin hazırlanması da məhz bu qətnamənin əsasında aparılacaq”, - deyə K. Oparin qeyd edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR