İdman 23.01.2022

İordaniyalı futbolçu "Qəbələ"nin düşərgəsini tərk etdi

Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi yığmanın toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular komandaya sonradan qoşulub.

Asiya Kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Bu matçdan sonra geri qayıdacaq Hani yanvarın 29-da "Qəbələ”nin düşərgəsinə qatılacaq.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?