Xəbər lenti

İP Koordinasiya Şurasının üzvü kimi dəstəkləyəcək?
Siyasət 19:05 15.04.2013

İP Koordinasiya Şurasının üzvü kimi dəstəkləyəcək?

“İnanmıram ki, mövqelər parçalansın”

“Çalışırıq ki, əsas, vahid namizəd bir olsun ki, heç birimiz pis vəziyyətdə qalmayaq. “El” hərəkatında da, İctimai Palatada da çalışırıq ki, vahid namizədlə seçkilərə qatılaq”. 

Bunu Qaynar.info-ya İctimai Palata Koordinasiya Şurasının üzvü, “El” hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli “Siz prezident seçkilərində İctimai Palatanın, yoxsa “El” hərəkatının namizədini dəstəkləyəcəksiniz?” sualına cavab verərkən deyib. K.Nağıbəylinin sözlərinə görə, prezident seçkilərində İP-lə “El”in mövqeyi üst-üstə düşəcək: “İnanmıram ki, mövqelər parçalansın Hesab edirəm ki, “El” hərəkatı ilə İctimai Palatanın mövqeyi üst-üstə düşəcək. Ziyalılar Forumu, İctimai Palata, ReAl hərəkatı, “El” hərəkatı birgə müzakirələr aparıb, razılığa gələcəklər və bir nəfəri önə çıxaracaqlar”.


K.Nağıbəyli “El” sədrinin Milyarderlər İttifaqından 2 milyon dollar alması ilə bağlı yayılan informasiyalara da münasibət bildirib: “Bunlar boş şeylərdi. Düşünürəm ki, Eldar Namazov millətini, xalqını sevən bir ziyalıdır. Eldar Namazov heç bir dövlətin marağını öz dövlətinin marağından üstün tutmaz. Bunlar öyrədilmiş adamların yaydığı şayiələrdir”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->