Ekonomiks 17:03 05.11.2014

iPhone 6-lar satışdan yığışdırıla bilər - DİQQƏT!



Ötən aydan bəri iPhone 6 və iPhone 6 Plus-la əlaqədar gələn şikayətlər, Apple-a böyük problem yarada bilər.

Texnobaz.com-un verdiyi xəbərə görə, bu şikayətlər, bildiyiniz kimi, “bendgate”, yəni bükülmə deyil. 128 GB-lik modellərin vəbası olaraq adlandırılan bu problemdə, cihazlar bootloop-da (smartfon və tabletin başlanğıc anında taxılı qalması vəziyyəti, həmçinin cihazın özünü təkrar başlamağa cəhd etməsi) sıxılmış görünür. Bu problemin də tək həlli, Apple mağazasından telefonları bir-bir dəyişməkdir. Problem Apple tərəfindən tam olaraq təsdiq edilməsə də, ancaq iPhone 6 və 6 Plus-un 128 GB-lıq modelləri ilə bağlı bir təchizat problemi ola biləcəyi deyilir.

Yeni bir hesabata görə problemi, TLC NAND flayn IC nəzarət edicisinin yaratdığı deyilir. TLC (üçlü) ümumiyyətlə SLC-dən (tək) və ya MLC-den (çoxlu) daha yavaşdır. SLC əvvəllər iPad-də iştirak edib. Bu gün isə iPhone-larda MLC NAND flash istifadə edilir.

TLC isə SLC və MLC-dən daha ucuzdur. Sənaye qaynaqları, çökmə və bootloop problemlərinin TLC NAND flash mənşəli olduğuna inanır. Buna görə də müşahidəçilərin şərhlərinə görə 128 GB-lıq modellər, Apple tərəfindən geri çağırıla bilər.

Texnobaz.com