Latviyalı dizayner Venya Qeskin "iPhone"un yeni standart modelinin və "iPhone X Plus"ın fotolarını şəxsi twitter hesabında paylaşıb.
Qaynarinfo xəbər verir ki, o, "iPhone X Plus"ın 6,5 düyüm, digər modelin isə 6,1 düyüm ekrana sahib olduğunu qeyd edib. Dizayner göstərilən prototipin son versiya olan "gavalı" konsepsiyasına əsasən hazırlandığını iddia edib.
Fotolardan belə görünür ki, "iPhone X Plus" modelində iki kamera olsa da, standart modeldə bir ədəd kamera var. Həmçinin yeni prototipdə barmaq izi kilidi də yoxdur.
Qeyd edək ki, "Apple"ın yeni modelini sentyabr ayında bazara çıxarması gözlənilir.
Şərhlər