Ölkə 13:59 13.06.2019

İqbal Ağazadə biznesmen əmisi oğlunun ölüm səbəbini açıqladı

Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.

Qaynarinfo xəbər verir ki, sabiq millət vəkili unikal.org-a açıqlamasında 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsinin iş yerinin yaxınlığında tapıldığını bildirib.

İqbal Ağazadə diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından vəfat edib. Ölümündə hər hansı kriminal iz yoxdur".