Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonla görüşüb.
Qaynar.info-nun məlumatına görə, görüşdə insan haqları, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri, seçki məcəlləsi, siyasi məhbuslar, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.
İ. Ağazadə ölkədəki siyasi durum və mövcud problemlərlə bağlı fikirlərini Avropa Şurası prezidentilə bölüşüb.
Qaynar.info
Şərhlər