Tədqiqatlara görə, iqlim dəyişikliyi səbəbindən "Melissa" qasırğasının yaranma ehtimalı dörd dəfə artıb. 
	
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazır.
	
"AccuWeather"in qiymətləndirmələrinə görə, Yamaykada qasırğanın yaratdığı ziyan və iqtisadi itkilər 22 milyard dollar ola bilər, bərpa isə onilliklər və ya daha uzun müddət tələb edə bilər.
	
Londondakı İmperial Kollecin tədqiqatçıları hesablayıblar ki, iqlim dəyişikliyi olmasa, zəif qasırğa təxminən 12% daha az ziyan vurardı. Onların sözlərinə görə, antropogen qlobal istiləşmə yalnız intensivliyi artırmayıb, həm də güclü qasırğanın yaranma ehtimalını yüksəldib.
	
Onlar həmçinin müəyyən ediblər ki, əsasən neft, qaz və kömür yanmasının səbəb olduğu iqlim dəyişikliyi "Melissa” qasırğasının küləyinin sürətini 7% (saatda 18 kilometr) artırıb. Alimlər bildirirlər ki, daha sərin dünyada, iqlim dəyişikliyi olmasaydı, "Melissa” tipli qasırğa Yamaykaya hər 8000 ildən bir düşərdi. Amma indiki şəraitdə, 1,3°C istiləşmə ilə, onun yaranma ehtimalı dörd dəfə artıb və belə hadisə indi hər 1700 ildən bir gözlənilir.
	
Qeyd olunur ki, Yamaykada hazırda təxminən 400 000 zərərçəkmişə yardım göstərilməsi üçün genişmiqyaslı əməliyyat gözlənilir, ölkə əhalisinin 70%-i isə dəniz sahilindən 5 kilometr məsafədə yaşayır.
 
	
İmperial Kollecinin Qrentem İnstitutunun direktoru, professor Ralf Tumi bildirib:
	
"Antropogen iqlim dəyişikliyi, görünür, "Melissa" qasırğasını daha güclü və dağıdıcı edib. Gələcəkdə bu cür fırtınalar daha da dağıdıcı olacaq, əgər biz planetin istiliyini artırmağa davam edib, fosil yanacaqları yandırsaq".
	
Həmkarı, tədqiqatçı doktor Emili Teokritoff isə qeyd edib:
	
"COP30-a yaxınlaşdıqca bu, həm qazıların azaldılması üçün iqtisadi məntiqin, həm də ən həssas ölkələrdə ziyan və itkilərin kompensasiyası, eləcə də adaptasiya üçün beynəlxalq maliyyələşmənin mümkün qədər tez artırılmasının mənəvi əhəmiyyətinin sərt xatırlatmasıdır".
	
Qeyd edəm ki, cümə axşamı Yamaykaya çatan 5-ci kateqoriyalı "Melissa" qasırğası Karib bölgəsində saatda 300 kilometrə qədər sürətlə hərəkət edib, həmçinin Haitiyə, Dominikan Respublikasına və Kubaya da təsir edib, onlarla ölüm və genişmiqyaslı dağıntılara səbəb olub.
	
Aydın
	
             
            
Şərhlər