Dünya 14:39 11.10.2018

İqlim dəyişikliyinin son 20 ildə vurduğu zərər açıqlandı

BMT-yə görə iqlim dəyişikliyi ilə əlaqədar fəlakətlərin vurduğu zərər son 20 ildə 150% artaraq 2,25 trilyon dollara bərabər olub.

Qaynarinfo xəbər verir ki, BMT Fəlakət Təhlükəsini Azaltma Ofisinin hesabatına görə, iqlim dəyişikliyi, qasırğa, selin vurduğu ümumi zərər 1978-1997-ci illərdə isə 895 milyon avro olub. 

ABŞ, Çin, Yaponiya, Hindistan ən çox zərərlə üzləşən ölkələrdir. 1998-2017-ci illərdə iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlərin sayı 6600-dən çox olub. Ən çox qeydə alınan təbii fəlakət növü isə qasırğa və seldir.

Hesabatda həmçinin qeyd olunub ki, təbii fəlakət təhlükəsini azaltmaq üçün daha çox məbləğ xərclənməli, hökumətlər daha çox çalışmalıdır.

Gülşən