Xəbər lenti

İran ABŞ-a necə cavab verəcək?
Elxan Şahinoğlu
Siyasət 19:12 03.01.2020

İran ABŞ-a necə cavab verəcək?

Elxan Şahinoğlu
Politoloq

Əlbəttə, Qasim Süleymaninin öldürülməsinə prezident Donald Tramp qərar verib. Ancaq planın detalları Pentaqonda hazırlanıb. 

Bəlkə də həmin plan illərdir masa üzərində olub. Ağ Evdə başqası prezident olsaydı, bu təhlükəli plana yaşıl işıq yandırmazdı. Nə Barak Obama, nə də prezidentliyə iddialı olan Hillari Klinton Süleymaninin öldürülməsinə razı olmazdılar. Hətta İrandan nifrət edən İsrail belə Qasim Süleymaninin öldürülməsinə risq etmirdi, bunun qırmızı çizgi olduğunu anlayırdı.

Pentaqon və Donald Tramp etdiklərini etdilər, indi növbə Amerikada fəaliyyət göstərən beyin mərkəzlərinindir. Penqatondakı və fərqli beyin mərkəzlərindəki hərbi və siyasi ekspertlər, o cümlədən amerikalı iranşünaslar Tehranın Süleymaninin ölümünə necə cavab verəcəyini əvvəlcədən hesablayıblar və Tehranın hər mümkün addımına uyğun plan masadadır. 

Tramp və onun administrasiyası bölgədə hərarəti artırmağa hazırdılar. Xoas yaradıb, onu idarə etməyə və özləri üçün müsbət nəticə əldə etməyə çalışacaqlar. İranda gələn ay parlament seçkisi keçiriləcək. Qasim Süleymaninin qətli İranın həm daxili, həm də xarici siyasətinə təsir edəcək. Vaşinqtonda bunu da hesablamış deyillər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->