İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Natanz enerji paylama hadisəsinin İsrailin hərəkətlərinin nəticəsi olduğunu deyib.
Qaynarinfo Reuters agentliyinə istinadla xəbər verir ki, Zərif "Sionistlər sanksiyaların qaldırılması istiqamətindəki irəliləyişimizin intiqamını almaq istəyirlər", - deyə bildirib.
Zərif İranın "sionistlərdən intiqam alacağını" da söylədi.
Qeyd edək ki, bazar günü səhər Natanzda uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza baş verib. Hadisə Milli Nüvə Texnologiyaları Günündə baş verib. İranın Atom Enerjisi Təşkilatının rəhbəri, eyni zamanda ölkənin vitse-prezidenti hadisəni "nüvə terrorizmi"nin təzahürü adlandırıb və İranın "cavabdehlərdən qisas almaq hüququnu özündə saxladığını" söyləyib.
Alpər
Şərhlər