İran Britaniya tankerini azad etdi

İran Britaniya tankerini azad etdi

İran hökuməti Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini azad edib.

Qaynarinfo xəbər verir ki, gəmi 19 iyulda İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazında ələ keçirilmişdi. İranın bu addımı "Grace 1" tankerinin Britaniya tərəfindən saxlanılmasına cavab idi.

Qeyd edək ki, gəminin göyərtəsində Rusiya, Latviya, Filippindən olan 23 ekipaj üzvü var idi. Onlardan 7-si 4 sentyabrda azad edilib.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR