Dünya 13:20 18.02.2020

İran generalı: "Şərtlər İsraili yox etmək üçün uyğun deyil"

İsraili yox etmək üçün böyük potensial var, amma şərtlər hələlik uyğun deyil.

Qaynarinfo xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami Livanın Əl Mayadeen telekanalına verdiyi açıqlamasında deyib.

"İsrailə xəbərdarlıq edirik. Atdıqları addımlara diqqət yetirsinlər. Onlar amerikalılardan da kiçikdilər. İşğal altında olan torpaqlardakı bütün obyektlərini hədəf ala bilərik. Sadəcə İrandan deyil, başqa bölgələrdən də vura bilərik", - deyə Salami bildirib.

O, SEPAH-ın Qüds qanadının komandanı Qasim Süleymaninin öldürülməsinə ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirilərək, qarşılıq verildiyini deyib:

"ABŞ hər bir ölkəyə hücum etdiyi zaman bunun cavabsız qalacağını düşünür. Dolayısı ilə bu yanlış hesablamanı İran məsələsində də etdilər. Amma bu dəfə cavabsız qalmadı. Əsas cavab Süleymaninin yolunun davam etdirilməsi və məqsədlərinin həyata keçirilməsidir".

Camal