İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.
"Qafqazinfo” "Posta”ya istinadən xəbər verir ki, Firuzabadi İnstaqramın İranda rəsmi təmsilçilik açması və iranlı istifadəçilərin məlumatlarını bu ölkədə qurulacaq məlumat mərkəzlərində saxlamasını təklif edib.
Təklif qəbul edilməyəcəyi təqdirdə bu sosial şəbəkənin bağlanılacağı barədə xəbərdarlıq verilib.
Şura rəhbəri İnstaqram rəsmiləri ilə bir neçə dəfə görüş keçirilsə də, müsbət nəticənin əldə olunmadığını söyləyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.
Qeyd edək ki, "Teleqram” sosial şəbəkəsi də həmin şərti qəbul etmədiyi üçün 26 apreldə İranda fəaliyyətinə son qoyulmuşdu.
Şərhlər