Foto 13:07 12.09.2019

İran məşhur cütlüyü casusluqda ittiham edir (FOTOLAR)

Avstraliyalı bloqqer cütlük Coli Kinq Mark Firkin İranda həbs edilib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, Avstraliya və Böyük Britaniya pasportuna sahib cütlük təxminən 10 həftə əvvəl Tehran yaxınlığında həbs olunublar. Onlar və digər avstraliyalı Evin həbsxanasında saxlanılır. Üçüncü şəxs Avstraliya universitetinin müəllimidir və ötən il tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Avstraliya hökuməti hər üç vətəndaşının azad edilməsi üçün danışıqlar aparır. 

Qeyd edək ki, Coli və Mark səyahət bloqqeridir. Onlar İranda "drone"dan icazəsiz istifadəyə görə həbs edilib və casusluqda ittiham edilirlər. Cütlük 10 il həbs cəzası təhlükəsi ilə üz-üzədir.

Gülşən