İranın baş qərargah rəisi general-mayor Məhəmməd Bəkiri İrana ediləcək hücumun nəticəsinin çox ağır olacağını deyib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Bəkiri "İstənilən hücum zamanı müharibə təkcə İran torpaqlarını əhatə etməyəcək. İrana hərbi müdaxilə ehtimalı azdır, lakin belə bir şey baş versə, hücum quru ilə yox, hava ilə, ya da ballistik raketlə ediləcək. Bu səbəbdən də ölkə lideri Ayətullah Ali Xomeyni havadan müdafiə sistemi üçün daha çox pul ayrılmasını istəyib. Müharibənin nə zaman başlayacağını onlar müəyyənləşdirəcək, lakin döyüşlərin hansı əraziləri əhatə edəcəyini onlar qərarlaşdıra bilməyəcək" deyib.
"Onlar" dedikdə ABŞ-ın nəzərdə tutulduğu deyilir.
Qeyd edək ki, ABŞ və İran arasında 2015-ci ildə nüvə razılaşması əldə edilsə də, son dövrlərdə ABŞ-ın İran əleyhinə qəbul etdiyi sanksiyalar iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər