Xəbər lenti

İran:
Ekonomiks 15:25 28.04.2019

İran: "Neft sata bilməsək, digərlərinin də nefti Hörmüzdən keçməyəcək"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ABŞ-ın ölkənin neft satışına tətbiq etdiyi sanksiyalarla bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, Hörmüz boğazında təhlükəsizliyi onların təmin etdiyini deyən general neft satan digər ölkələri hədələyib: 

"Biz Hörmüz boğazında sabitliyin və Hörmüzün daim açıq olmasının tərəfdarıyıq. Başqa ölkələrin neft və digər məhsulları Hörmüzdən keçdiyi kimi İran nefti də Hörmüzdən keçir. Əgər bizim neft Hörmüzdən keçməsə, digərlərinin də nefti Hörmüzdən keçməyəcək. Bizim Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. Amma düşmənlərimiz düşmənçiliklərini bir həddə çatdırsalar, Hörmüzü bağlamaqdan başqa çarəmiz qalmayacaq. ABŞ Hörmüzün təhlükəsizliyinin və nəzarətinin kimin əlində olduğunu çox yaxşı bilir. Elə dünən gəmiləri Hörmüzdən keçərkən həmişə olduğu kimi suallarımıza cavab verərək keçiblər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->