İdman 16:53 18.07.2019

İran qadınlarına qoyulmuş 38 illik qadağa ləğv olunur

İranda qadınlara daha bir hüquq verilir.

Qaynarinfo xəbər verir ki, İran Futbol Federasiyasının məlumatına görə, qadınlar 2022-ci ildə baş tutacaq dünya çempionatının oyunlarını stadiondan izləyə biləcəklər. Bu barədə FIFA prezidenti Canni İnfantino federasiyaya məktub ünvanlamışdı.
 
Qərarın qüvvəyə minməsi üçün İran hökumətinin razılığı lazımdı.

Qeyd edək ki, İranda qadınlar 1981-ci ildən bəri stadiona buraxılmır.

Gülşən