Dünya 11:01 10.12.2013

İran qırıcı təyyarələrini geri çəkdi


İran Fars körfəzindəki mübahisəli Əbu Musa adasında saxladığı 10 ədəd SU-25 qırıcı təyyarələrini geri çağırıb.

Qaynar.info
xəbər verir ki, bu barədə "Defence News"a ABŞ ordusunun yüksək rütbəli zabitlərindən biri məlumat verib.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusuna aid olan bu təyyarələr mübahisəli adada hərbi əməliyyata nəzarət edirdi.

Ada Bəndər Abbasdakı hərbi baza baxımından İran üçün strateji əhəmiyyət daşıyır.

Bu arada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Küveytdə keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Tehran Birləşmiş Ərəb Əmirlikləri ilə Əbu Musa adası ilə müzakirələr aparmağa hazırdır.

Qaynar.info