Dünya 19:30 21.06.2019

İran sərhədi pozan ABŞ təyyarəsini vurmayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadə içində 35 nəfərin olduğu ABŞ kəşfiyyat təyyarəsini vurmaqdan imtina etdiklərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, paytaxt Tehranda mətbuat konfransı ilə çıxış edən komandir ötən gün "P-8 (Poseidon)" kəşfiyyat təyyarəsini müəyyənləşdirdiklərini, lakin yaxınlıqdakı pilotsuz kəşfiyyat aparatını vuraraq ABŞ qüvvələrinə xəbərdarlıq etdiklərini açıqlayıb. 

Xatırladaq ki, İran dünən sərhədi pozan ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatını zərərsizləşdirib. 

Gülşən