İran Səudiyyəyə hücum etməsiylə bağlı sübut tələb etdi

İran Səudiyyəyə hücum etməsiylə bağlı sübut tələb etdi

İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda iştirakına dair sübutlar tələb edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Abbas Musavi "Al Alam" telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının neft şirkətlərinə dronlar və kruiz raketlərlə hücuma görə İranı məsuliyyət daşıdığını desə də, Tehran bunu qəti şəkildə rədd edib.

Bundan başqa, Husi üsyançılarının hücumun məsuliyyətini öz üzərinə götürməyinə baxmayaraq, Səudiyyə hərbçiləri neft obyektlərinə zərbələr endirən raketlərin İranda istehsal olunduğunu, həm də izi azdırmaq üçün mürəkkəb trayektoriya ilə buraxıldığını iddia edib.
XƏBƏRLƏR
BLOGLAR