Dünya 15:39 02.02.2019

İran yeni uzaq mənzilli raketini təqdim etdi

İran yeni uzaq mənzilli raketini təqdim edib.

Qaynarinfo xəbər verir ki, "Hoveyzeh” adı verilən raket İran İslam İnqilabının 40 illiyi münasibətilə təşkil edilən hərbi paradda təqdim edilib.

Paradda müdafiə naziri Əmir Hatəmi raketin 1350 km-dən çox mənzilə sahib olduğunu, alçaqda uça bildiyini, yerüstü hədəfləri dəqiq vura bildiyini diqqətə çatdırıb.
 
Gülşən