Dünya 17:41 24.05.2020

İranda 5.2 bal gücündə zəlzələ: Xəsarət alanlar var (YENİLƏNİB)

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.

Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələnin qeydə alındığı ərazidə yerləşən kənd və qəsəbələrə dəymiş ziyanı qiymətləndirməkdə davam edir. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.
 
14.44

İranda güclü zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, yeraltı təkan bu gün yerli vaxtla saat 13.41 radələrində İranın Kohkuluyə və Boyurəhməd əyalətində qeydə alınıb. Zəlzələ 5,2 bal gücündə olub.

Zəlzələnin episenteri Dogünbədan bölgəsində, 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.