İranda benzin bahalaşdı, etirazlar başladı

İranda benzin bahalaşdı, etirazlar başladı

İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb.

Qaynarinfo xəbər verir ki, ötən gün qəbul edilən qərara görə, dövlət tərəfindən güzəştli qiymətlə satılan benzinin qiyməti 50-300% qaldırılıb. Belə ki, ay ərzində 60 litrə qədər yanacaq alanlar üçün qiymət 1500 tümən, 60 l-dən çox benzin alanlar üçün isə 3 min tümən müəyyənləşdirilib. 

Qiymət artımından sonra ölkənin bir çox vilayətlərində etiraz aksiyaları başlayıb. Sircan şəhərində yanacaqdoldurma məntəqəsinə od vurulub. Əhvaz, Məşhəd, Bəndər Abbas, Hürrəmşəhr, Bircənd, Qəçsaran, İsfahan, Şirazda xalq küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndirib. 

İran prezidenti Həsən Ruhani məsələ ilə bağlı açıqlama verərək 4 ildir yanacağın qiymətini qaldırmadıqlarını, əldə edilən əlavə gəlirin xalqın mənafeyi üçün xərclənəcəyini bəyan edib. 

Qeyd edək ki, ABŞ-ın ciddi sanksiyaları ilə üzləşən və neft satmaqda çətinlik çəkən İran illik 45 milyard dollara bərabər olan büdcənin 2/3-sini təmin etməkdə çətinlik çəkir. 

Gülşən
XƏBƏRLƏR
BLOGLAR