Dünya 12:45 10.12.2013

İranda bu açıq-saçıq videoya qadağa qoyuldu - VİDEO

İran dövlət Televiziyası 36 yaşlı braziliyalı model və aktrisa Fernanda Limanın Dünya Kubokunun püşkatması zamanı geyindiyi “dekoltə”li geyiminə senzura tətbiq edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, bütün iranlılar ekran qarşısında oturub İran milli komandasının hansı komandalarla oynayacağı haqda xəbəri gözləyərkən anidən görüntü dayandırılıb. Televiziyaya çoxsaylı zənglər ediləndən sonra bəlli olub ki, buna səbəb Limanın açıq-saçıq geyimi olub. Bunu bilən futbol azarkeşləri Limanın “Facebook” hesabında ona təhqir ünvanlayıblar.

Qaynar.info