İranın paytaxtı Tehran yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər infakt keçirərək dünyasını dəyişib, 75 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti zəlzələ zamanı qaçmağa çalışan insanlardır.
Qeyd edək ki, İranda 20 dekabrda 5,2 bal gücündə zəlzələ baş vermişdi. Noyabrda baş vermiş 7,3 gücündə zəlzələdə isə 530 nəfər dünyasını dəyişmişdi.
Gülşən
Şərhlər