Tehran rəhbərliyi Avropanın İsrail və ABŞ ilə yaşanan qarşıdurmaya qoşulmamalı olduğunu vurğulayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, İranın bəyanatı Almaniya, İngiltərə və Fransanın İranın raket buraxma imkanlarını hədəfə ala biləcək "müdafiə məqsədli addımlar”ı nəzərdən keçirdiklərini açıqlamasından sonra verilib.
Tehran rəhbərliyi belə bir addımın regiondakı gərginliyi daha da artıracağına işarə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı suala cavab verib.
Bəqayi bildirib: "Bu, müharibə əməli sayılacaq. İrana qarşı belə bir addım təcavüzkarlarla əməkdaşlıq kimi qiymətləndirilir. Bu, İrana qarşı müharibə əməli kimi dəyərləndiriləcək.”
Aydın
Şərhlər