Dünya 11:28 29.12.2017

İrandan geyim inqilabı: qadınlar həbs edilməyəcək

İran polisi geyim qaydalarını bilmədən pozan qadınları artıq həbs etməyəcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tehran polis şöbəsi müdiri Hüseyn Rəhimi açıqlama verərək "Bundan sonra geyim qanunlarını bilmədən pozan qadınlar həbs edilməyəcək. Onlar üçün dərslər təşkil ediləcək" deyib.

Qeyd edək ki, 1979-cu ildən bəri İranda qadınlara geyimləri ilə bağlı mühafizəkar qaydalar tətbiq edilir.

Gülşən