Siyasət 19:39 02.08.2014

İranın cəbhədəki gərginliyə münasibəti necədir? - AÇIQLAMA


İranın Azərbaycandakı səfiri Möhsün Pakayin son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasından narahatlığını ifadə edib.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, M.Pakayin son günlər baş vermiş hadisələr zamanı əsgər və zabitlərin həlak olması ilə bağlı Azərbaycan xalqına, şəhid olanların ailələrinə və onların qohumlarına başsağlığı verib.

M.Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir: "Cəbhə bölgəsində vəziyyətin gərginləşməsi münaqişə tərəflərinin, eləcə də region ölkələrinin xeyrinə deyil".

Tərəfləri təmkinli olmağa çağıran səfir regional və beynəlxalq təşkilatların təşəbbüsü ilə Qarabağ probleminin dinc yolla və Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində öz həllini tapacağına ümid etdiyini bildirib.

Qaynar.info