İranda xarici mesaj proqramları qadağan edilib. İKT.lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə yerli mətbuat orqanları xəbər yayıb.
İran Strateji İdarəetmə Mərkəzi sədri Rza Cəvahiri dövlət idarələrində xarici mesajlaşma vasitələrindən istifadənin qadağan olunması barədə qərar verildiyini bildirib. Bu gündən etibarən artıq İranda yerli mesajlaşma vasitələrindən istifadə olunacaq.
Artıq İranda "Whatsapp", "Messenger" və digər sosial proqramlarla yanaşı, İranın ən məşhur mesaj proqramı sayılan "Telegram"ın alternativi "Soroush" proqramı istifadəyə verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın dini lideri Ayətullah Xamenei öz "Telegram" hesabını bağladığını bəyan edib.
Şərhlər