İranın hərbi prokurorluğu 2020-ci ilin əvvəlində Tehran yaxınlığında vurulan Ukraynaya məxsus "Boeing” tipli təyyarə ilə bağlı araşdırmanı başa çatdırıb.
"RİA Novosti”nin məlumatına görə, bu sözləri İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatının rəhbəri Şükrulla Bəhrami deyib.
"Hərbi prokurorluqda Ukrayna təyyarəsi ilə bağlı iş üzrə araşdırma başa çatıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda iş üzrə ittiham aktı hazırlanır. /Oxu.az
Şərhlər