Dünya 16:16 27.07.2020

İranın hökumət sözçüsü də koronavirusa yoluxdu

İran hökumətinin sözçüsü Əli Rəbii koronavirusa yoluxub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əli Rəbii özü açıqlama verib. O, Kovid-19 test nəticələrinin müsbət çıxdığını bildirib. Rəbii öz evində karantin altına alındığını, nəticələrinin müsbət çıxmasından sonra isə xəstəxanaya yerləşdirildiyini deyib. 

Hökumət sözçüsü həftəlik mətbuat konfransını da bu səbəbdən ləğv etməli olub.

Camal