Video 11:14 24.02.2021

İranın Sarvan bölgəsində rejimə qarşı üsyan başladı, atışma oldu (VİDEO)

İranın Sarvan bölgəsinin sakinləri dəhşətli yoxsulluğa qarşı hökumət əleyhinə etiraz nümayişlərinə başlayıb.

Qaynarinfo xəbər verir ki, etirazçılar Sarvan şəhərinin küçələrinə axışıblar. 

Etirazçılar İran İslam Respublikasının qanunsuz bir rejim olduğunu söyləyirlər. 

Bu barədə Twiitter-də dünyəvi İranın tərəfdarı olan siyasətçi Rza Pəhləvi xəbər verib.

APA-nın məlumatına görə isə İranın Sistan və Bəluçistan əyalətinin sərhəd komandanlığının məlumatında bildirilir ki, narkotik qaçaqçıları ilə şiddətli atışma baş verib. Atışma nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitəsinin gətirilməsinin qarşısı alınıb.

Qaçaqçılar gecənin qaranlığından istifadə edərək qonşu ölkənin ərazisinə qaçıb. Onlardan 815 kq tiryək müsadirə olunub. 

Atışma nəticəsində ölən və yaralananlar barəsində məlumat verilməyib.

Alpər