Xəbər lenti

İranın uzun illər özünütəcrid siyasəti bugünkü mənzərəni yaradıb - Vəhdət sədri
Siyasət 12:01 13.01.2026

İranın uzun illər özünütəcrid siyasəti bugünkü mənzərəni yaradıb - Vəhdət sədri

"İranda baş verən kütləvi etirazlarlarda xarici ölkələr maraqlı ola bilər. Amma bu etirazları doğuran səbəb İranda ağır sosial-iqtisadi durumdur. İranın uzun illər özünütəcrid siyasəti bugünkü mənzərəni yaradıb".

Qaynarinfo xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi İranda baş verənləri şərh edərkən deyib.

Partiya sədrinin sözlərinə görə, İran hakimiyyətinin bu proseslərin Qərbdən qaynaqlanması barədə iddiaları ilə qismən razılaşmaq olar:

"Amma ortada xalqın sosial güzəranı, İran valyutasının dəyərini itirməsi, sərt idarəetmə metodları faktları var və bu  insanların narazılığını artırıb. İran xalqı azad olmaq istəyir. İranın yeni gəncliyi şəriət qaydaları ilə idarə olunan ölkədə yaşamaq istəmir. Onlar dünyanı gəzir. Azad həyatı görürlər və öz ölkələrinə qayıdanda fərqli mühit onlarda etiraz yaradır. Təbii ki, bu prosesdə maraqlı olan ölkələr də var. Amma bütövlükdə prosesi təxribat, iğtişaşlar yaratmaq cəhdi kimi qiymətləndirmək olmaz. Dini liderin ətrafından fərqli olaraq, İran prezidenti hadisələri obyektiv qiymətləndirir və bəyan edir ki, xalqı dinləmək lazımdır. İranın hakim elitasında belə hadisələrə fərqli baxış var".

"Azərbaycanın proseslərdə roluna gəlincə, partiya sədri deyib ki, rəsmi Bakı başqa ölkələrin daxili işinə qarışmır:”Amma cənubdakı soydaşlarımızın taleyi bizi düşündürür. Bu da təbiidir", deyə sədr əlavə edib.
--> -->