Dünya 15:49 22.07.2013

İranın yeni prezidentindən şok dəvət

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani avqustun 4-də keçiriləcək andiçmə mərasiminə ABŞ və Avropa Birliyi rəsmilərini də dəvət edib. 

Qaynar.info-nun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Əraqçı dəvət edilənlər arasında hansı dövlətin rəsmilərinin olduğu ilə bağlı açıqlama verməyib. 

Qərb mətbuatı Həsən Ruhaninin bu dəvətlə ABŞ və Avropa Birliyi ölkələrinə əməkdaşlıq mesajı vermək istədiyini yazıb. 

Qaynar.info