İran generalı:

İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"

İran Hava Qüvvələrinin generalı Əli Hacızadə ölkəsinin müharibəyə hazır olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, general iştirak etdiyi TV proqramında ABŞ-la müharibə barədə fikirlər səsləndirib:

"Hamı bilməlidir ki, İrandan 2 min km məsafədəki bütün ABŞ baza və gəmiləri İran raketlərinin hədəfindədir. Müharibə üçün daim hazır vəziyyətdəyik".

Ə.Hacızadə ABŞ-ın istənilən hücumunda həmin hədəflərin məhv ediləcəyini vurğulayıb.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR