Dünən Bağdadın Vasba Meydanında yığışan etirazçılara atəş açdığı iddia edilən bir şəxs qəzəbli nümayişçilər qrupu tərəfindən edam edilib.
Qaynarinfo odatv-yə istinadla xəbər verir ki, iddiaya görə, həmin şəxs etirazçılara atəş açaraq aralarında qadın və uşaqlar da olmaqla 8 nəfəri qətlə yetirib.
Nümayişçilər tərəfindən atəş açdığı müəyyənləşdirilən şəxsi əvvəlcə linç edib. Qəzəblənmiş dəstənin ürəyi bunula da soymayıb və həmin şəxsin cəsədini meydandakı bir yol dirəyindən ayaqlarından asıb.
"Asayib Əhli Haqq” Şiə milis qrupunun lideri Qeys Qəzali hadisə ilə əlaqədar verdiyi açıqlamada deyib: "Nümayişçilər bir nəfəri dirəkdən asıb. Nə vaxta qədər qanunlar təsirsiz, asayiş qüvvələri gücsüzlük göstərəcək?”
Şərhlər