Xəbər lenti

İraq ordusu Kərkük əməliyyatına start verir
Dünya 14:57 13.10.2017

İraq ordusu Kərkük əməliyyatına start verir

İraq ordusu Kərkükü ələ keçirmək üçün hərbi əməliyyatlara başlayır.

"Qaynarinfo" "Telegraph"a istinadən xəbər verir ki, hökümət və Həşdi Şabi qüvvələri Peşmərgə qüvvələrinə 3 km məsafədə yerləşib və əraziyə tank, top, "hummer" və digər ağır silahlar daşınır. Addımın səbəbinin İraq Kürd Bölgə İdarəsinin idarəsində olan havalimanı, neft quyuları və hərbi bazaları ələ keçirmək olduğu bildirilir. 

İKBİ prezident köməkçisi Kosrat Rəsul məsələ ilə bağlı açıqlama verərək "On minlərlə peşmərgə İraq ordusuna cavab vermək üçün Kərkükdədir. Dünən gecədən etibarən əlavə 6 min əsgər əraziyə gəlib" deyib. 

Kərkük Qərb Cəbhəsinin Peşmərgə rəhbəri Kamal Kərküki bildirib ki, Həşdi Şabi qüvvələri cənubdan irəliləməyə başlayıb, bölgədə hərbi gərginlik hökm sürür və atılacaq addımlar cavabsız qalmayacaq.

İraq prezidenti Heydər Əl İbadi isə silahların kürd xalqına qarşı istifadə edilməyəcəyini bildirmişdi.

Qeyd edək ki, İraq Kürd Bölgə İdarəsinin keçirdiyi müstəqillik referendumundan sonra kürd bölgəsi və hökümət arasında əlaqələr gərginləşib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->