Dünya 15:42 27.03.2018

İraq ordusu PKK-nı Sincardan qovur

Dünən İraq ordusu dünən PKK və YBŞ terror təşkilatlarının nəzarətində olan Sincara daxil olmuşdu.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, ordu 7 terrorçunu həbs edib və PKK-YBŞ simvollarını qaldırıb. Terror təşkilatlarına aid geyimlərdən istifadə qadağan edilib. Jurnalistlər əraziyə buraxılmır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarında Sincarın terrorçulardan təmizlənməsi barədə danışmışdı.

Gülşən