Dünya 10:48 05.11.2019

İraqda milyonlarla insanın interneti kəsildi

İraqda davam edən etirazlar səbəbilə paytaxt Bağdad, həmçinin ölkənin mərkəzi və cənub ərazilərində internetin verilişi dayandırılıb.

Qaynarinfo xəbər verir ki, qərardan sonra milyonlarla insan internetsiz qalıb. Paytaxtın mərkəzi küçələri günlərdir bağlı saxlanılır. Ölkə ərazisində etirazçılara silahlı müqavimət göstərilir. Dünən İranın Kərkük konsulluğuna edilən hücum zamanı etirazçılara silahlı müqavimət göstərilmiş, 5 nəfər öldürülmüşdü. 

Qeyd edək ki, oktyabr ayından bəri işsizlik, yoxsulluq, korrupsiya əleyhinə davam edən nümayişlərdə 200-dən çox insan ölüb, 8 minə yaxın şəxs xəsarət alıb. 

Gülşən